Bu gün:


FutbolPress.Az | "Yagelloniya"da 4 itki: "Qəbələ"yə qarşı oynamayacaqlar

"Yagelloniya"da 4 itki: "Qəbələ"yə qarşı oynamayacaqlar


oxunma sayı: 423 Paylaş:

FutbolPress"Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Polşa "Yagelloniya"sı ağır itkilərlə üzləşib.

Belostok təmsilçisi cavab oyununda 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Zədə səbəbindən ilk oyunu (1:1) buraxan Pyotr Tomasik, hücumçu Karol Sviderski və yarımmüdafiəçi Pjemıslav Frankovskiyə Yatsek Qoralski də qoşulub. Bakıdakı matçda zədələnən oyunçunun meydana çıxmayacağı gözlənilir. 

Cavab oyunu iyulun 20-də keçiriləcək.


oxunma sayı: 423 | Paylaş: