Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin potensial rəqibi "Atalanta"nın hücumçusunu aldı

"Qəbələ"nin potensial rəqibi "Atalanta"nın hücumçusunu aldı


oxunma sayı: 32 Paylaş:

FutbolPress“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi “Panatinaikos” heyətini yeni hücumçu ilə gücləndirib.

Yunanıstan klubu “Atalanta” forvardı Brayan Kabezası icarəyə götürüb. Ekvador millisinin 20 yaşlı hücumçusu 1 il yunan klubunda çıxış edəcək.

Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” - “Qəbələ” (ilk oyun - 1:1) cütünün qalibi III mərhələdə “Panatinaikos”la mübarizə aparacaq.


oxunma sayı: 32 | Paylaş: