Bu gün:


FutbolPress.Az | Türkiyə klubu milli üzvünü bağışladı

Türkiyə klubu milli üzvünü bağışladı


oxunma sayı: 38 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Dəniz Yılmazın Türkiyənin "Bursaspor" klubundakı taleyinə aydınlıq gəlib. Keçən mövsümün sonunda əsas komandadan uzaqlaşdırılmış forvard bağışlanıb.

Millinin oyunçusu baş məşqçi Pol Le Quenlə görüşüb və fransalı çalışdırıcı onu komandada saxlamağı qərara alıb. Dəniz bursalıların Avstriyaya təlim-məşq toplanışına yollanan heyətə daxil edilib.

"Bursaspor" iyulun 14-də rəsmi saytı vasitəsilə Avstriyaya yollanacaq heyəti açıqlasa da, həmin siyahıda millimizin forvardının adı yox idi.


oxunma sayı: 38 | Paylaş: