Bu gün:


FutbolPress.Az | "Qəbələ" Polşa hazırlığına start verdi

"Qəbələ" Polşa hazırlığına start verdi


oxunma sayı: 23 Paylaş:

FutbolPressUEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb. “Qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb.

Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.

İyulun 20-də baş tutacaq “Yagelloniya” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


oxunma sayı: 23 | Paylaş: