Bu gün:


FutbolPress.Az | "Səbail"in oyunu təxirə salındı

"Səbail"in oyunu təxirə salındı


oxunma sayı: 27 Paylaş:

FutbolPressİyulun 10-dan etibarən Türkiyənin Kartepe bölgəsində toplanışda olan “Səbail” hazırlığını davam etdirir.

Komandanın ötən günə yoxlama oyunu planlaşdırılsa da, matç baş tutmayıb. Hazırlıq prosesi çərçivəsində "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klubu ilə keçirilməli olan yoldaşlıq oyunu təxirə salınıb. Buna səbəb isə əlverişsiz hava şəraiti olub.

“Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qarşılaşıb, matçda hesab açılmayıb.


oxunma sayı: 27 | Paylaş: