Bu gün:


FutbolPress.Az | Yeni transfer Türkiyəyə aparılmadı - "Kəpəz"də itki

Yeni transfer Türkiyəyə aparılmadı - "Kəpəz"də itki


oxunma sayı: 172 Paylaş:

FutbolPress"Kəpəz"in yeni transferi Tural Cəlilov zədələnib. Müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub.

Məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.


oxunma sayı: 172 | Paylaş: