Bu gün:


FutbolPress.Az | Türkiyə mətbuatı "İnter" haqda: Ən təhlükəli oyunçuları...

Türkiyə mətbuatı "İnter" haqda: Ən təhlükəli oyunçuları...


oxunma sayı: 863 Paylaş:

FutbolPressTürkiyə mətbuatı Bakının "İnter" klubu haqda yazı dərc edib. "Milliyet"də gedən məqalədə "Qalatasaray"ın potensial rəqibi sayılan təmsilçimiz Avropa Liqasının II təsnifat mərhələsində "Fola" (Lüksemburq) ilə cütün favoriti adlandırılıb.

Türkiyəli jurnalistlər "İnter"in çətin dönəmdən keçdiyini qeyd ediblər. Onlar təmsilçimizi "federasiya komandası" adlandırıblar:

"İnter" maliyyə cəhətdən ağır dövrdən keçir. Komandanın yeganə sponsoru yerli futbol federasiyasıdı və bütün maaşları da bu qurum ödəyir. Bununla belə "İnter" son mövsüm çempionatda 3-cü yeri tutub Avropa Liqasına vəsiqə qazandı. Burda isə ilk mərhələdə Serbiya "Mladost"unu 3:0 və 2:0 hesablarıyla məğlub edərək, mərhələ adladılar".

"İnter"in heyətinə də nəzər yetirən qonşu ölkədən olan həmkarlar ən təhlükəli oyunçu kimi kapitan Nizami Hacıyevin adını çəkiblər:

"Komandada braziliyalı Denis Silva və rumıniyalı Adrian Skarlatakedən başqa legioner yoxdu. Ən təhlükəli futbolçuları meydanın mərkəzində oynayan Nizami Hacıyevdi. O, komandanın kapitanıdı".

"Qalatasaray" ilk oyunda səfərdə İsveç "Ostersun"unu məğlub olsubsa (0:2), "İnter" Bakıda "Fola"ya qalib gəlməyi bacarıb - 1:0.


oxunma sayı: 863 | Paylaş: