Bu gün:


FutbolPress.Az | "Şapka Mamed" "İnter"ә vaxt qoydu

"Şapka Mamed" "İnter"ә vaxt qoydu


oxunma sayı: 966 Paylaş:

FutbolPress"İnter"in girovda olan "İnter Arena"dan çıxarılması reallaşmaq üzrədir. Klub yaxın günlərdə bazanı tərk edə bilər. Hazırda rəhbərliyin qarşısında iki yol var: ya Beynəlxalq Banka 33 milyon manat olduğu deyilən borc qaytarılmalı, ya da klub oranı tərk etməlidir.

"FutbolPress"in əldə etdiyi məlumata görə, bir müddət əvvəl ("İnter" Avropa Liqasının I təsnifat mərhələsinin oyunu üçün Serbiyaya getməzdən öncə - red.) Beynəlxalq Bankın borclarının qaytarılması üzrə məsul şəxs - "Aqrarkredit"in "Şapka Mamed" kimi tanınan rəhbəri Məmməd Musayev aqressiv hərəkətlərlə "İnter Arena"ya daxil olub. O, "İnter" rəhbərliyi qarşısında sərt formada ifadə edib ki, ya 33 milyonu dövlətə qaytaracaqsız, ya da bazanı boşaltmalısız. Heç bir reaksiya görməyən Musayev bazanın boşaldılması üçün bir həftə vaxt qoyub.

Məsələnin maraqlı tərəfi isə AFFA prezidenti Rövnəq Abdullayevin vasitəçiliyi ilə "İnter"in Müşahidə Şurasına rəhbər təyin olunan Zaur Axundova qurumdan heç bir köməyin olmamasıdır. Ya Abdullayev yardım edə bilmir, ya da etmək istəmir. AFFA rəhbərliyi dövlətin həmin borcları bağışlayacağına ümid etsə də, bu baş verməyib. Belə vəziyyətdə arada dövlət əmlakına vurulmuş zərər məsələsi olduğu üçün Abdullayev geri çəkilməli olub.

Məmməd Musayevin "İnter"ə verdiyi vaxt isə artıq başa çatıb. Avropa Liqasında I mərhələnin sabah keçiriləcək cavab oyunundan sonra prossesin hansı həddə olduğu tam aydınlaşacaq. Böyük ehtimalla "İnter" bazanı tərk etməli olacaq. Çünki klubun nə girovda olan "İnter Arena"da qalmağa hüququ, nə də borcları qaytarmağa maliyyə imkanı var.



oxunma sayı: 966 | Paylaş: