PFL - 9
Paylaş:
Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdü. 2008-ci ilin iyulun 2-də yaradılan qurumun bu gün 9 yaşı tamam olur.
PFL AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. İlk gündən quruma Ramin Musayev rəhbərlik edir. O, bu vəzifəyə 3-cü dəfə seçilib.
PFL-in bu müddətdə əsas fəaliyyəti daxili yarışların keçirmək təşkil edir. Topaz Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu keçirən qurum bir sıra yeniliklər etməsi ilə də seçilib. Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvəzedicilərin çempionatı, habelə 1 dəfə keçirilən Azərbaycan Super Kuboku buna misaldı.
PFL-in yaranmasından sonra çempionatımızın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar məhz son 8 ilə təsadüf edib. Bunun da sayəsində Azərbaycan UEFA son sıralardan qurtularaq ldən-ilə daha yüksək mövqelərə qalxır. Belə ki, ölkəmiz 9 il əvvəl UEFA reytinqində 42-ci idisə, bu müddətdə 18 pillə irəliləyərək, 24-cü yerə qalxıb. Bu gün də qurum öz fəaliyyətini peşəkar səviyyədə davam etdirir.
| Paylaş: