')

Bu gün:


FutbolPress.Az | "Zirə"klik və "İnter"aktivlik... (QEYD)

"Zirə"klik və "İnter"aktivlik... (QEYD)


oxunma sayı: 780 Paylaş:

FutbolPressBakılı ləhcəsində desək, dünən bizimkilər "Zirək"iydülər. Rusdilli qismin tərzində desək, "İnter"esnu idilar...

Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubunu qəbul edən "Zirə" (2:0) və Serbiyada "Mladost"u çökdürən "İnter" (3:0) günün trend mövzusuna çevrildi.

Hər ikisindən belə oyun və bu hesabla qələbə, insafən, lap az gözləyirdik.

Bu qələbələr bir daha sübut elədi ki, futbol andeqraund məhsuludu və o, tamamilə puldan asılı məfhum deyil. Bunu ən çox da "İnter"in simasında aşkar iddia eləmək olar.

***               ***              ***

Bir komanda ki, apreldən bu yana maaşlarını almayıb, transfer qadağası var, klubun bazasından çıxarılacağı təhlükəsi qulağının dibindədi, baş məşqçinin başını "qara buludlar" almışdı, heyətin psixoloji motivasiyasının möhkəm olmasına şübhələr vardı və s.

Bax, bu "İnter" ümidsizliyin dibindən möhtəşəm sıçrayış edərək, qələbə qazandı. Həm elə bil qələbə ki, rəqibi bütün komponentlərdə üstələdi və tamaşaçının alqışına, sevgisinə səbəb oldu, UEFA-nın rəsmi saytının manşetinə çıxdı.

"İnter"in Azərbaycan futbolunda dəsti-xətti və sistemi olan klub olduğunu daim vurğulamışıq. Elə oyundan əvvəl proqnozumuzda da komandanın bu oyuna böyük məsuliyyət hissiylə çıxdığını kapitan Nizami Haciyevin saytımıza açıqlamasından aydın sezmişdik. Haciyev oyunqabağı fikrini çox obrazlı, gözəl şəkildə ifadə eləmişdi: "Klubun üstümüzdə haqqı var və indi elə bir vaxtdır ki, biz bu haqqı qaytarmalıyıq. "İnter"in adını uca tutmalıyıq. Həm həyəcan var, həm də  böyük məsuliyyət hiss edirik. Həmişə Avrokuboklarda mərhələ adlayan "İnter" bütün çətinliklərə baxmayaraq, bunu bu il də bacarmaldıır. Biz sübut eləməliyik ki, böhran oyunumuzda deyil, oyundan kənar şeylərdədi. Meydanın hər qarışı uğrunda vuruşacağıq".

Dedilər və elədilər. Transfer qadağası olan bir komandanın belə oyunu və nəticəsi zəfər yürüşünə çıxmış müfəssəl olmayan ordunun özünəinam zəfəri idi. 


oxunma sayı: 780 | Paylaş:




?>