')

Bu gün:


FutbolPress.Az | "Zirə"dən növbəti transfer: Rumıniya çempionu

"Zirə"dən növbəti transfer: Rumıniya çempionu


oxunma sayı: 638 Paylaş:

FutbolPressAzərbaycanı Avropa Liqasında təmsil edəcək "Zirə" növbəti transferini reallaşdırmaq üzrədir. Bakı klubu rumıniyalı sağ cinah müdafiəçisi Qabriel Mateylə anlaşıb.

Tərəflər arasında münasibətlər yaxın zamanda rəsmiləşəcək. Məlumatı klubdan təsdiqlədilər. Tibbi baxışdan keçdikdən sonra oyunçu ilə müqavilə imzalanacaq.

Mateyin son klubu Polşa "Qurnik"i olub. Daha əvvəl o, ölkəsində "Styaua", "Tarqu Mureş", "Akademika" kimi komandalarda top qovub. Matey "Styaua" ilə Rumıniya çempionu və kubokunun sahibi olub.

27 yaşlı futbolçu ölkəsinin U-21 yığmasında da çıxış edib.


oxunma sayı: 638 | Paylaş:




?>