')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"də hollandiyalı müdafiəçi - ÖZƏL

"Qəbələ"də hollandiyalı müdafiəçi - ÖZƏL


oxunma sayı: 1318 Paylaş:

FutbolPress"Qəbələ" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırmaq üzrədir. İspaniyalı Xavi Ernandes Qonzales və fransız Stiven Jozef-Monrozdan sonra daha bir legionerlə razılıq əldə edilib.

Söhbət hollandiyalı müdafiəçi Dion Malonedən gedir. Əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında münasibətlər rəsmiləşib

Son olaraq Erediviziya təmsilçisi "ADO Den Haaq"ın formasını geyinən 28 yaşlı oyunçunun müqavilə müddəti keçən mövsümün sonunda başa çatıb. Onun adı Türkiyənin "Kayserispor" klubu ilə çəkilsə də, futbolçu sonradan "Qəbələ"yə keçməyi qərara alıb.

Malone "ADO Den Haaq"dan başqa ölkəsinin digər klubu "Almere Siti"nin də formasını geyinib.


oxunma sayı: 1318 | Paylaş:




?>