')

Bu gün:


FutbolPress.Az | "Şaxtyor"un qapıçısı "Qarabağ"da!

"Şaxtyor"un qapıçısı "Qarabağ"da!


oxunma sayı: 510 Paylaş:

FutbolPress2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb.

Ağdam klubu ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb. Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda Anton qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.


oxunma sayı: 510 | Paylaş:




?>