"Yuventus"dan Bernardeski üçün 40 milyon avro
Paylaş:
"Fiorentina"nın futbolçusu Federiko Bernardeski karyerasını digər A Seriyası təmsilçisində davam etdirə bilər. Turinin "Yuventus" klubu onun xidmətində maraqlıdır.
Məlumatı "Corsport" yayıb. Bildirilir ki, klub rəhbərliyi artıq bu transfer üçün hərəkətə keçib. Bernardeskinin cəlb edilməsi üçün 40 milyon avro və bonuslar ayrılıb.
Hazırda U-21 millisinin düşəgəsində Avropa çempionatında olan gənc oyunçu üçün həlledici təmasların məhz bu turnirdən sonra olacağı deyilir.
| Paylaş: