"Qarabağ - ÇSKA oyununun vaxtı açıqlandı
Paylaş:
Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” sabah - iyunun 24-də ikinci yoxlama oyununu keçirəcək.
Ağdam klubu Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.
"Qarabağ" ilk yoxlama görüşündə Rusiyanın "Axmat" klubuna 0:1 hesabı ilə uduzub.
| Paylaş: