')

Bu gün:


FutbolPress.Az | Bakıya ikinci səfər və ya debütant üçün debütant hakim

Bakıya ikinci səfər və ya debütant üçün debütant hakim


oxunma sayı: 238 Paylaş:

FutbolPressAvropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Differdanj" görüşünün baş hakimi qazaxıstanlı Daniyar Saxi olacaq.

Ən gənc ədalət təmsilçilərindən sayılan 26 yaşlı referi avrokuboklarda baş hakim kimi debüt edəcək. Saxi buna qədər heç vaxt qitə miqyaslı yarışlarda oyun idarə etməyib. Maraqlıdır ki, onun ilk oyunu avrokuboklarda yarışlarda debüt edəcək komandamızın oyununda baş tutacaq.

Ancaq bu, referinin Bakıya ilk səfəri olmayacaq. Daniyar keçən il "Dalğa Arena"da keçirilən "Kəpəz" - "Daçiya" matçında (0:0) 4-cü hakim fuksiyasını yerinə yetirib.

"Zirə" - "Differdanj" görüşü iyunun 29-da keçiriləcək.


oxunma sayı: 238 | Paylaş:




?>