')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayev Çempionlar Liqasının oyununda

Əliyar Ağayev Çempionlar Liqasının oyununda


oxunma sayı: 358 Paylaş:

FutbolPressFIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.

O, Çempionlar Liqasının oyununda ədaləti təmsil edəcək. Qitə futbol qurumu ÇL-in II təsnifat mərhələsində iyulun 18-i və ya 19-u keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununu Ağayevə həvalə edib.

Norveçdəki görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

UEFA Ağayevdən öncə Rəhim Həsənov və Ömər Paşayevə də avrokubok oyunu tapşırdığını açıqlamışdı. Onlar Avropa Liqasında I təsnifat mərhələsinin oyununda fit çalacaqlar.


oxunma sayı: 358 | Paylaş:




?>