')

Bu gün:


FutbolPress.Az | Dermenciyev "Qəbələ" ilə matç barədə: "Yüksək səviyyədə oyun oldu"

Dermenciyev "Qəbələ" ilə matç barədə: "Yüksək səviyyədə oyun oldu"


oxunma sayı: 157 Paylaş:

FutbolPress"Qəbələ" Avstriya toplanışında növbəti yoxlama oyununu keçirib. "Qırtmızı-qaralar" Bolqarıstan "Ludoqorets"i ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Matçdan sonra rəqib komandanın baş məşqçisi Georgi Dermenciyev fikirlərini bildirib. 62 yaşlı mütəxəssis komandasının qələbəsini belə şərh edib:

"Qələbə bizdə özünəinam hissini artırır. Yüksək səviyyədə oyun oldu və yaxşı mübarizə apardıq. İlk yoxlama oyunu olduğu üçün fiziki cəhətdən çətinliklərimiz oldu. Hər iki hissədə çatışmazlıqları gördük. Daha çox toppa sahib olmada problem yaşadıq. Amma qarşıda hələ 5 yoxlama matçımız var. Oyundan-oyuna vəziyyət yaxşı olacaq. Bunlar bizə oyun səviyyəmizi yüksəltmək baxımından kömək edə bilər".


oxunma sayı: 157 | Paylaş:




?>