')

Bu gün:


FutbolPress.Az | Yeni baş məşqçi Dəniz Yılmazla bağlı qərar verdi

Yeni baş məşqçi Dəniz Yılmazla bağlı qərar verdi


oxunma sayı: 251 Paylaş:

FutbolPress"Bursaspor"un yeni baş məşqçisi Pol Le Quenin komandadan göndərmək istədiyi futbolçuların siyahısı müəyyənləşib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, fransalı mütəxəssis azı 4 futbolçunu komandadan göndərməyi qərara alıb. Onlıarın arasında Azərbaycan millisinin üzvü Dəniz Yılmazın da adı var. Futbolçunun gələn mövsümdən klomandada olmayacağı bildirilir. Le Quen gələn ayın 3-də hazırlıqları başlayacaq "Bursaspor"a Dəniz Yılmaz və müqaviləsi başa çatan oyunçulardan başqa hamını dəvət edib.

Yılmaz karyerasını Türkiyənin başqa klubunda davam etdirə bilər. 29 yaşlı hücumçu ilə yeni mövsümdən Super Liqada oynayacaq "Göztəpə"nin maraqlandığı deyilir. Bir müddət əvvəl onun "Osmanlıspor"a keçəcəyi iddia edilirdi.

Yılmaz intizamsız hərəkətlərinə görə əsas komandadan uzaqlaşdırılıb.


oxunma sayı: 251 | Paylaş:




?>