"Qəbələ" Bolqarıstan çempionuna uduzdu
Paylaş:
Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” növbəti sınaq matçına çıxıb. “Qırmızı-qaralar” Bolqarıstanın çempionu “Ludoqorets”lə üz-üzə gəlib.
Oyun təmsilçimizin məğlubiyyətiylə başa çatıb. Roman Qriqorçukun komamndası 0:2 hesabına üzülüb.
“Ludoqorets”lə matç “Qəbələ”nin Avstriya toplanışının birinci mərhələsinin son sınağı olub.
Yoxlama oyunu
22 iyun
“Qəbələ” – “Ludoqorets” - 0:2
Qollar: Paulo, 37, Lukoki, 73
| Paylaş: