')

Bu gün:


FutbolPress.Az | Rekordçunun 9-cu cəhdi: "İnter" nədən çəkinməlidir?

Rekordçunun 9-cu cəhdi: "İnter" nədən çəkinməlidir?


oxunma sayı: 394 Paylaş:

FutbolPressAzərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” 9-cu dəfə beynəlxalq miqyaslı yarışlara çıxacaq. Buna qədər 2 dəfə Çempionlar Liqası, 5 dəfə Avropa Liqası, 1 dəfə isə İntertoto Kubokuna qatılan paytaxt təmsilçisinin statistikası belədir: 28 oyun - 11 qələbə, 9 heç heçə, 8 məğlubiyyət. Top fərqi də komandanın xeyrinədir – 34:26.
 
“İnter”in UEFA yarışlarında debütü 2004-cü ildə, komanda hələ “Xəzər Universiteti” adlanan zaman baş verib. İntertoto kubokunun I mərhələsində Avstriya “Breqens”ini keçən (3:0, 2:1) komanda, növbəti mərhələdə Fionlandiya “Tampere Yunayted”inə ilişir – 1:0 və 0:3.
 
Bundan sonra 4 illik fasilə yaranır. Bir də 2008/09 mövsümündə bakılılar artıq “İnter” adı ilə Çempionlar Liqasında çıxış edirlər. Burda da ilk mərhələ uğurla keçilir. Makedoniya “Rabotniçki”si səfərdə vurulan qola görə mübarizədən kənarlaşdırılır (0:1, 1:1). Növbəti mərhələdə təmsilçimizin qarşısını Serbiyanın “Partizan” klubu kəsir.
 
“İnter”in avrokuboklarda ən uğurlu dövrü 2015/16 mövsümündə baş verir. Avropa Liqasının I təsnifat mərhələsində “Laçi”ni (Albaniya), II raundda “Harfnarfyordur”u (İslandiya") mübarizədən klənarlaşdıran “bankirlər” İspaniyanın məşhur “Atletiko” klubuna uduzmaqla yarışla vidalaşırlar. Bu, paytxat təmsilçisinin avrokuboklarda qət etdiyi ən uzun yol olur.
 
“İnter” UEFA yarışlarında Azərbaycan klublarının qazandığı ən böyük hesablı iki qələbəsindən birinin də sahibidir. “Qarabağ”la birgə şərikli rekordluğu olan bakılılar 2012/13 mövsümündə Estoniya “Narva Trans”ını iki oyunun nəticəsinə görə 7:0 üstələyib mərhələ adlamışdı. Bu görüşlər, həm də Azərbaycan klublarının avrokuboklarda ən böyük hesablı səfər qələbəsiylə əlamətdar olub. Təmsilçimiz Rakveredə keçirilən matçda 5 top fərqi ilə qalib gəlmişdi.

"İnter"in ən qorxulu statistikası isə penalti seriyaları ilə bağlıdır. Komanda buna qədər 3 dəfə avrokuboklarda mübarizəni məhz oyunsonrası "latoreya"da dayandırıb. 2010/11 mövsümündə "Lex", 2012/13 mövsümündə "Asteras", 2014/15-də isə "Elfsborq" təmsilçimizin bu zəif cəhətindən faydalanıb. Paytaxt klubu üçün ən çəkinməli məqamda heç vaxt qalib ayrıla bilmədiyi penaltilər seriyası olmalıdır.

"İnter" bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Mladost" klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 29-da səfərdə, cavab qarşılaşması isə bundan bir həftə sonra Bakıda keçiriləcək.

"İnter"in UEFA yarışlarında iştirak cədvəli
 

Mövsüm Turnir Mərhələ Klub Nəticə
 
2004
 
İntertoto Kuboku
1R Breqens 2:1, 3:0
2R Tampere Yunayted 1:0, 0:3
 
2008/09
 
Çempionlar Liqası
1Q Rabotniçki 0:0, 1:1
2Q Partizan 1:1, 0:2
 
2009/10
 
Avropa Liqası
 
1Q
 
Spartak Trnava
 
1:2, 1:3
 
2010/11
 
Çempionlar Liqası
 
1Q
 
Lex Poznan
 
0:1, 1:0 (8:9 p.)
 
2012/13
 
Avropa Liqası
1Q Narva Trans 2:0, 5:0
2Q Asteras Tripolis 1:1, 1:1 (2:4 p.)
 
2013/14
 
Avropa Liqası
1Q Mariehamn 1:1, 2:0
2Q Tromse 1:0, 0:2
 
2014/15
 
Avropa Liqası
1Q Tiraspol 3:1, 3:2
2Q Elfsborq 1:0, 0:1 (3:4 p.)
 
 2015/16
 
 Avropa Liqası
1Q Laçi 0:0, 1:1
2Q Harfnarfyordur 2–2 (ə.v.), 2–1
3Q Atletik Bilbao 0:2, 0:0
 
 Faiq

 


oxunma sayı: 394 | Paylaş:




?>