')

Bu gün:


FutbolPress.Az | Moyze Kinin atası "Yuventus"dan traktor istədi

Moyze Kinin atası "Yuventus"dan traktor istədi


oxunma sayı: 279 Paylaş:

FutbolPress"Yuventus" bir çox klubların maraq dairəsində olan gənc hücumçusu Moyze Kinlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. Turin klubu onunla illik 700 min avroluq məvacibdə razılıq əldə edib.

Ancaq Kinin atası "Tuttosport"a verdiyi açıqlamada hələlik hər hansı anlaşmanın olmadığını və müqavilə üçün "Yuventus"un ona söz verdiyi traktoru almalı olduğunu deyib:

"700 min avroluq məvacibə razılaşmışıq. Ancaq klub rəhbərliyi oğlumu istəyirsə, mənə söz verdikləri traktoru almalıdılar. Fil Dişi Sahilindəki fermam üçün nəqliyyat söz vermişdilər. Amma ortada heç nə yoxdur. Ona görə də hələlik hər hansı müqavilədən söhbət gedə bilməz".

Gənc oyunçunun atası məşhur menecer Mino Rayolaya da söz atıb:

"Rayola hər yerdə oğlumun meneceri olduğunu deyir. Ancaq belə şey yoxdur. Mən heç bir müqaviləyə qol çəkməmişəm".

Moyze Kin keçən mövsümdən etibarən "Yuventus"un əsas komandasında çıxış edir. 17 yaşlı hücumçu A Seriyasında qol vuran ilk 2000-ci illər təvəllüdlü futbolçu kimi tarixə düşüb.


oxunma sayı: 279 | Paylaş:




?>