')

Bu gün:


FutbolPress.Az | Qara statistika: “Zirə” üçün yalnız bir nümunə var

Qara statistika: “Zirə” üçün yalnız bir nümunə var


oxunma sayı: 473 Paylaş:

FutbolPressAzərbaycanı bu mövsüm Avropa Liqasında təmsil edəcək “Zirə” qitəmiqyaslı yarışlarda debüt edəcək. Bakı klubu avrokuboklarda oynayacaq 20-ci komandamız olacaq.
 
Buna qədər 19 adda klub bu turnirlərdə iştirak edib. Onlardan yalnız ikisi debüt ilindəcə uğur qazanmağı bacarıb. Maraqlıdır ki, bu iki komanda əslində eyni klubdur – sonradan “İnter” olan “Xəzər Universiteti”.
 
Klublarımızın avrokuboklarda debütü 1994/95 mövsümündə baş verib. Həmin vaxt UEFA Kubokunda “Turan” İstanbul “Fənərbağça”sı ilə görüşüb və iki oyunun nəticəsinə görə 0:7 hesabı ilə uduzub. İlk dəfə mərhələ keçən təmsilçimiz “Qarabağ” olub. Ağdam klubu isə bunu yalnız 3-cü cəhdində bacarıb.
 
Debütündəcə mərhələ keçə bilən ilk (və yeganə) Azərbaycan klubu “Xəzər Universiteti”dir. Bu, İntertoto Kubokunun 2004/05 mövsümündə baş verib. Bakı klubu həmin vaxt Avstriya “Kazino Şvarts”ını mübarizədən kənarlaşdırıb. Bu uğuru daha çox bəxt hesabına da yazmaq olar. Məsələ bundadır ki, Kazino Şvarts – Xəzər Universiteti oyunu 4:0 hesabı ilə başa çatıb. Ancaq avstriyalıların heyətində adı iştirak ərizəsində olmayan 3 gənc oyunçu yer alıb. Onlardan biri meydana çıxdığına görə, UEFA tərəfindən Avstriya təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bakıda keçirilən cavab matçında təmsilçimiz 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
 
“Xəzər Unversiteti” adını dəyişib “İnter” olduqdan sonra da çıxış etdiyi ilk avrokubokda mərhələ adlayıb. Ancaq bu dəfə bəxt, yaxud protokol qaydalarının pozulması hesabına yox. 2008/09 mövsümündə ÇL-in I təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubu səfərdə vurulan qolun verdiyi üstünlüklə keçilir (0:0, 1:1).
 
Digər klublardan heç biri debütünü uğurlu edə bilməyib. “Qarabağ” və “MKT-Araz” çox yaxın olsalar da, bunu bacarmayıblar. Əgər “Zirə” Lüksemburq “Differdanj”ını adlaya bilsə, debüt ilindəcə uğur qazanan 2-ci (3-cü) Azərbaycan klubu olacaq.
 
Təmsilçilərimizin avrokuboklarda debüt nəticələri:
 
1994-95 UEFA kuboku I təsnifat mərhələsi: “Fənərbağça” (İstanbul) -“Turan” 5:0, 2:0 
1995-96 UEFA kuboku I təsnifat mərhələsi: “Kəpəz”-“Austriya (Avstriya) 0:4, 1:5
1996-97 UEFA kuboku I təsnifat mərhələsi: “Neftçi” - “Lokomotov (Bolqarıstan) 2:1, 0:6 
1996-97 UEFA kuboku I təsnifat mərhələsi: “Qutnik” (Polşa) - “Xəzri” 9:0, 2:2 
1996-97 Kuboklar kuboku I təsnifat mərhələsi: “Qarabağ” - “MüPa-47 (Finlandiya) 0:1,1 :1 (ə.v) 
1998-99 İntertoto kuboku I təsnifat mərhələsi: “İnkaras” (Litva) - “Bakı Fəhləsi” 1:0, 0:1 p. 5:4 
1998-99 UEFA kuboku I təsnifat mərhələsi: “Arceş” (Rumıniya) - “Dinamo” 5:1, 2:0 
1999-00 UEFA kuboku I təsnifat mərhələsi: “Krivbas” (Ukrayna) - “Şəmkir” 3:0, 2:0 
2001-02 İntertoto kuboku I təsnifat mərhələsi: “Qrindavik” (İslandiya) - “Viləş” 1:0, 2:1 
2001-02 UEFA kuboku I təsnifat mərhələsi: “Olimpiya” (Sloveniya) - “Şəfa” 4:0, 3:0
2004-05 İntertoto kuboku I təsnifat mərhələsi: “Kazino” (Avstriya) - “Xəzər Universiteti” -:+ (0:3), 1:2 
2005-06 İntertoto kuboku I təsnifat mərhələsi: “Karvan” - “Lex” (Polşa) 1:2, 0:2
2005-06 UEFA kuboku I təsnifat mərhələsi: “Bakı” - “Jilina” (Slovakiya) 1:0, 1:3 
2006-07 İntertoto kuboku I təsnifat mərhələsi: “MKT-Araz” - “Tiraspol” (Moldova) 1:0, 0:2 
2005-06 UEFA kuboku I təsnifat mərhələsi “Nistru” (Moldova) - “Xəzər Lənkəran” 3:1, 2:1 
2008-09 Çempionlar Liqası I təsnifat mərhələsi: “İnter” - “Rabotniçki” (Makedoniya) 0:0, 1:1 
2008-09 UEFA kuboku I təsnifat mərhələsi: “Voyvodina” (Serbiya) - “Olimpik” 1:0, 1:1 
2009-10 Avropa Liqası I təsnifat mərhələsi: “Simurq” - “Bney Yehuda” (İsrail) 0:1, 0:3
2014-15 Avropa Liqası I təsnifat mərhələsi: “Qəbələ” – “Şiroki Briyeq” 0:2, 0:3 


oxunma sayı: 473 | Paylaş:




?>