')

Bu gün:


FutbolPress.Az | "Samtredia"nın baş məşqçisi "FutbolPress"ə danışdı: "Qarabağ haqda məlumatım var"

"Samtredia"nın baş məşqçisi "FutbolPress"ə danışdı: "Qarabağ haqda məlumatım var"


oxunma sayı: 774 Paylaş:

FutbolPressÇempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi Gürcüstanın "Samtredia" klubu olacaq. 2015/16 mövsümünün çempionu olan rəqibi 2015-ci ilin iyunundan Giorgi Tsedsadze çalışdırır.

Baş məşqçi  püşkün nəticəsiylə bağlı "FutbolPress"ə açıqlama verdi:

- "Qarabağ" haqda nə qədər məlumatlısız?

- Bizim ("Samtredia") "Qəbələ" ilə ötənilki Avropa Liqası qarşılaşmamız uğursuz alınsa da, Azərbaycan futbolundan xeyli təcrübəli toplamağımıza vasitə oldu. "Qarabağ" haqda məlumatım var. Bilirəm ki, son illər ölkənizin ən məşhur klubudu, Avropada uğurlu çıxış edir. Püşkün nəticəsini qənaətbəxş dəyərləndirərdim. Çünki daha çətin rəqiblər düşə bilərdi.

- Bu qarşılaşmalardan nə gözləyirsiz?

- Əsas istəyimiz odur ki, ilk oyundadək heyətdə zədəlilər olmasın. Optimal heyətlə hazırlıq keçsək, şansımız yüksək olacaq.

- Gürcüstan çempionatında 17 turdan sonra  3-cü pillədə qərarlaşmısız. Çempionat davam edir. Azərbaycanda isə Premyer Liqa bir aydan çoxdur ki bitib.

- Bu detallardan məlumatlıyıq. "Samtredia" son çempiondu və hazırda çempionatda 3-cü pillədə qərarlaşmağımız komandanın Çempionlar Liqasındakı çıxışına heç bir mənfi təsir göstərməyəcək. "Qarabağ"ın heyətində həm yerli, həm legionerlərin öz milli komandalarında çıxış etməsi rəqibin nüfuzundan və gücündən xəbər verir, ancaq bizim də Azərbaycan klublarıyla oyun təcrübəmiz var.

- Son illər Azərbaycan klubları Gürcüstan təmsilçilərinə avroliqalarda heç bir şans vermirlər...

- Bəli, elədir. Gürcüstan futbolunda maliyyə problemlərinin olması nəticələrə də pis təsir edib. Ancaq buna son qoyacağımıza inanırıq. 


II təsnifat mərhələsinin qarşılaşmaları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.


oxunma sayı: 774 | Paylaş:




?>