Bu gün:


FutbolPress.Az | "Zirə"nin baş məşqçisi rəqibi dəyərləndirdi (AÇIQLAMA)

"Zirə"nin baş məşqçisi rəqibi dəyərləndirdi (AÇIQLAMA)


oxunma sayı: 349 Paylaş:

FutbolPressAvropa Liqasında Azərbaycanı təmsil edəcək "Zirə"nin rəqibi məlum olub. Lüksemburqun "Differdanj" klubuyla mübarizə aparacaq Bakı kəndliləri qitəmiqyaslı yarışda debüt edəcək.

Komandanın baş məşqçisi püşkün nəticəsini dəyərləndirib: "Ölkəsinin ən güclü 2 klubundan biridir. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa liqasında debüt edəcəyik, təcrübəmiz azdır. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".


oxunma sayı: 349 | Paylaş: