Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov : "5 potensial rəqibdən ən çətini düşdü"

Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"


oxunma sayı: 443 Paylaş:

FutbolPressÇempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum son Gürcüstan çempionu “Samtredia” olub. "Atlılar"ın baş məşqçisi  Qurban Qurbanov püşkü klubun rəsmi saytına dəyərləndirib:

“5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır.
Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.


oxunma sayı: 443 | Paylaş: