Bu gün:


FutbolPress.Az | Əmrah Çəlikəl: "Samtredia"ya zəif rəqib kimi yanaşmaq doğru deyil"

Əmrah Çəlikəl: "Samtredia"ya zəif rəqib kimi yanaşmaq doğru deyil"


oxunma sayı: 264 Paylaş:

FutbolPressAzərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Püşk "süvarilər"in bəxtinə Gürcüstanın "Samtredia" klubunu salıb.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl "FutbolPress"ə açıqlamasında püşkün nəticəsini dəyərləndirdi:

"İlk oyuna hazırlaşacağıq. Demək olmaz ki, zəif rəqibdir. Həm də indidən nəsə proqnoz vermək üçün tezdir. Əvvəlcə gərək komandanın məşqçilər heyəti analizlərini aparsın. Bundan sonra isə rəqiblə oyuna hazırlaşmaq olar".

"Samtredia" azərbaycanlı futbol azarkeşlərinə tanış addır. Ötən mövsüm "Qəbələ" Avropa Liqasında bu rəqibi iki oyunun nəticəsinə görə 6:3 hesabı ilə məğlub edib, mərhələ keçmişdi. Bu da fanatlarda rəqibin zəif olması fikrini formalaşdırıb. Ancaq Əmrah bəy bununla razılaşmır:

"Gürcüstan çempionu olubsa, bu komandaya zəif demək düzgün deyil. Rəqibə belə yanaşmamalıyıq. Keçən ildən çox şey dəyişib. "Samtredia"ya zəif kimi baxsaq, bizə problem yarana bilər. Ona görə də tam gücümüzlə hazırlaşmalıyıq".

II təsnifat mərhələsinin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.


oxunma sayı: 264 | Paylaş: