Bu gün:


FutbolPress.Az | Elxan Abdullayevlə "Forza Neftçi" arasındakı gərginlik səngiyir (AÇIQLAMA)

Elxan Abdullayevlə "Forza Neftçi" arasındakı gərginlik səngiyir (AÇIQLAMA)


oxunma sayı: 452 Paylaş:

FutbolPressÖtən mövsümün sonuna yaxın "Neftçi"nin pis nəticələrinə etiraz olaraq istefa şüarları səsləndirən "Forza Neftçi" azad azarkeş qrupu komandanın baş məşqçisi Elxan Abdullayevin qəzəbinə tuş gəlmişdi. O, "İstefa çağıranları anlamıram, bir dəstə xuliqandılar" demişdi.

"Forza Neftçi" bundan sonra daha radikal olmağa başlamışdı. Abdullayev isə sözlərinin onlara aid olmadığını, "bəziləri xuliqandı" kimi demək istədiyini açıqlasa da, narazıların istefa çağırışları səgimək bilmirdi.

Ancaq deyəsən aradakı gərginlik uzun çəkməyəcək. Daha doğrusu, artıq azarkeş qrupu ilə baş məşqçi arasında görüşün baş tutduğu bildirilir.

Bu haqda azarkeş qrupunun rəhbəri Sübhan Əliyevdən soruşduq. O, baş məşqçinin təklifiylə görüşün baş tutduğunu təsdiqlədi:



"Təklif oldu, biz də razılaşdıq, görüşdük. Görüşün məzmunu haqda geniş danışa bilməyəcəm. Əsas məsələ komandanın gələn mövsümdən yaxşı nəticələr qazanması ətrafında oldu".

- Görüşün  məzmunu haqda danışmaq istəmirsiniz. Ancaq biz "Forza Neftçi"ni kluba qarşı ən radikal mövqedə dayanan qrup kimi tanımışıq. Mövsümün sonunda vəziyyət daha da gərginləşmişdi. İndi görüşün baş tutması adi hadisə deyil. Hamıya maraqlıdı ki, necə keçib, nə danışılıb, məhz azarkeş və klub münasibətlərində hansı məsələlər qabardılıb?

- Əsasən komanda haqqında danışdıq. Tələb elədik ki, nəticələr mütləq yaxşılaşmalıdır. "Neftçi" bizim həyatımızın böyük parçasıdı, ona görə də olanlara biganə qala bilmərik. Söz verdilər ki, vəziyyətin yaxşılaşması üçün əllərindən gələni edəcəklər.

- "Zirə" ilə oyundan sonra tribunanı tərk etmişdiz və bildirmişdiz ki, daha komandanı stadionda dəstəkləməyəcəksiz...

- Yox, bu belə olmayacaq. Biz bunu baş məşqçinin dediklərinə etiraz olaraq etmişdik. O, görüş təklif edirsə, bizə tərəf addım atır. Deməli, klub istəyir ki, nəticələr yaxşılaşsın, vəziyyət düzəlsin. Belədə biz də gərək sevimli komandamızın yanında olaq. Evdə, ya səfərdə, fərq etməz, bundan sonra "Neftçi"ni dəstəkləyəcəyik. Əlbəttə ki, nəticələr yaxşılaşmasa, yenə tələbimizi həmişəki kimi edəcəyik.

- Demək olarmı ki, baş məşqçiylə aranız düzəldi?

- Bəli. Bu görüşün təşkil olunmasında əsas məqsədlərdən biri də bu idi. "Neftçi" bu vəziyyətdə olmağa layiq deyil. Biz də istəyirik ki, komanda əzəmətini, qüdrətini geri qaytarsın.

- "Xuliqan" məsələsinə necə aydınlıq gətirildi?

- Çox maraqlı, yaradıcı bir tərzdə. Biz nə qədər radikal olsaq da, komandamızın, baş məşqçinin, klubumuzun yanındayıq. İstəyimiz bircə budur ki, nəticələr yaxşılaşsın. Buna ümid verdilər. Biz də alqışlarımızla buna cavab verdik.


oxunma sayı: 452 | Paylaş: