Bu gün:


FutbolPress.Az | "İnter", "Zirə" və "Qəbələ" rəqiblərini tanıdılar

"İnter", "Zirə" və "Qəbələ" rəqiblərini tanıdılar


oxunma sayı: 759 Paylaş:

FutbolPressBu gün futbol üzrə Avropa Liqasında 2017-2018 mövsümünün ilk iki mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edəcək üç komandanın da rəqiblərii bəlli olacaq.

I təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 15:00-da 100 klub arasında atılıb. Səpələnmişlər sırasında yer alan "İnter" və "Zirə" rəqiblərini tanıyıblar. Birincilər Serbiya "Mladost"una, "Zirə" isə Lüksemburq "Differdanj"ına rəqib olub.

Bundan sonra II təsnifat mərhələsinin püşkü atılıb. Burada 33 cütlük yaranıb. Yarışa II təsnifat mərhələsindən başlayan "Qəbələ" "Yagelloniya" (Polşa) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub.  "Mladost" - "İnter" cütünün qalibi "Fola" (Lüksemburq) - "Milsami" (Moldova) duelinin güclüsü ilə görüşəcək. "Zirə" isə "Differdanj"ı keçə bilsə Rumıniya "Astra"sı ilə qarşılaşacaq.


oxunma sayı: 759 | Paylaş: