Bu gün:


FutbolPress.Az | "Bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib" - "Beşiktaş"ın prezidenti

"Bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib" - "Beşiktaş"ın prezidenti


oxunma sayı: 150 Paylaş:

FutbolPressTürkiyənin "Beşiktaş" klubunun prezidenti Fikret Orman yenidən Azərbaycana gəlmək barədə açıqlama verib.

O, bu yay Bakıya səfərlərinin dəqiq olduğunu deyib:

"Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Keçən il ora səfər edə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib".

Orman ümumilikdə 10-12 ölkəyə getmək fikrində olduqlarını bildirib:

"Çin bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz “Real Madrid”, “Barselona” və ya “Mançester Yunayted” deyilik.  Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".


oxunma sayı: 150 | Paylaş: