Bu gün:


FutbolPress.Az | Dani Alves "Mançester Siti"yə keçir

Dani Alves "Mançester Siti"yə keçir


oxunma sayı: 28 Paylaş:

FutbolPress"Yuventus"un müdafiəçisi Dani Alves komandanı tərk edə bilər. Onun karyerasını İngiltərədə davam etdirmək ehtimalı yaranıb.

Məlumatı "Goal" yayıb. Bildirilir ki, "sambaçı"nın xidmətində "Mançester Siti" maraqlıdır. "Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola sabiq futbolçusunu sərəncamında görmək istəyir. Artıq Alveslə "Mançester Siti" arasında razılıq əldə olunub.

"Yuventus"da oyunçuya yeni müqavilə təklif edilməməsi bu keçidi sürətləndirən amil kimi qeyd olunur.


oxunma sayı: 28 | Paylaş: