Bu gün:


FutbolPress.Az | "Toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik" - Svanadze

"Toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik" - Svanadze


oxunma sayı: 24 Paylaş:

FutbolPress"İnter" Türkiyə toplanışında keçirdiyi sonuncu yoxlama oyununda Rumıniya "Vitorul"una qalib gəlib - 1:0.

Matçdan sonra komandanın baş mə.qçisi Zaur Svanadze matç barədə fikirlərini bildirib:

"Bu oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər. Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik.Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik"".  


oxunma sayı: 24 | Paylaş: