Bu gün:


FutbolPress.Az | “Qarabağ”ın bütün potensial rəqibləri (SİYAHI)

“Qarabağ”ın bütün potensial rəqibləri (SİYAHI)


oxunma sayı: 717 Paylaş:

FutbolPressAzərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın bütün potensial rəqibləri müəyyənləşib. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq Ağdam klubu ilə qarşılaşa biləcək 12 komandanın adı dəqiqləşib.

Bu, Polşada çempionun müəyyənləşməsindən sonra bəlli olub. “Ekstraklasa”nın qalibi olan “Legiya” “Qarabağ” kimi adını səpələnmişlər səbətinə yazdırıb.

Varşavalıların çempion olması buna qədər səbəti qeyri-müəyyən olan Slovakiya “Jilina”sını səpələnməmişlər sırasına göndərib. Beləliklə, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi komanda “Qarabağ”a potensial rəqib olub.

II təsnifat mərhələsi üçün səpələnməmişlər səbətində yer alanlar:

“Jalgiris” (Litva), “Dandalk” (İrlandiya), “Vardar” (Makedoniya), “Dudelanj” (Lüksemburq), “Kukesi” (Albaniya), “Zrinski” (Bosniya və Herseqovina), “Buduçnost Podqoriça” (Monteneqro), “Budapeşt Honved” (Macarıstan), Mariehamn” (Finlandiya), “Spartak” (Latviya), “Samtredia” (Gürcüstan), “Jilina” (Slovakiya)

Onların sırasına birinci təsnifat mərhələsindən daha 5 komanda qoşulacaq. Əgər Ermənistan çempionu “Alaşkert”in yer alacağı cütlük “Qarabağ”la qarşılaşa bilməz. I mərhələdə yarışacaq digər 8 komanda isə Ağdam klubu üçün potensial rəqib sayılır:
 
ÇL-ə I təsnifat mərhələsindən başlayacaq 10 komanda:
 
TNS (Uels), “Linfild” (Şimali İrlandiya), “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), “Santa-Koloma” (Andorra), “Alaşkert” (Ermənistan),  “La Fiorita” (San-Marino), “Europa” (Cəbəllütariq), “İnfonet” (Estoniya), “Trepça” (Kosovo).
 
I və II təsnifat mərhələlərinin püşkü iyunun 19-da atılacaq.


oxunma sayı: 717 | Paylaş: