')

Bu gün:


FutbolPress.Az | Ramin Musayevin “morze əlifbası” (QEYD)

Ramin Musayevin “morze əlifbası” (QEYD)


oxunma sayı: 1077 Paylaş:

FutbolPressVerilişin “zapadlo” söhbəti olan hissəsini kəsməyimiz elə-belədir. Ümumən buraxılış boyu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin narahatlığıdır marağa tuş gələn məqam.

Musayev, “nə iş görmək olar” məzmunlu bütün suallara “maliyyə imkanı yoxdur” cavabları verdi.
Daha çox keçmişdən danışdı.
“Neftçi”də çalışdığı dönəmləri tez-tez xatırladıb,  arada klubun indiki rəhbərliyini də qınadı ki, ovaxtkı uğurlarımızı danırlar.

Musayev doğrudan narahat, narazı, nifagar və “n” sayda naməlumluğa bürünmüş təsiri bağışladı.
Doğrudan da, PFL əvvəlkitən şaqraq deyil. Musayevin coşub-daşdığı vaxtları yadımıza salmaqçün yaddaşımızı qurdalamaq lazım gələr... Yaxın ərəfələrdə belə bir hal baş verməyib.

Maliyyə yoxdu...
Rövnəq Abdullayevin öz rəhbəri kimi tez-tez vurğulanması qabardılır...
Keçmişdən parıltılı, gələcəkdən isə bozumtul söhbətlər...

Deyəsən, “morze əlifbası”nın ötürmək istədiyi informasiyanı “oxumuşuq”.

Rövnəq Abullayevin “Neftçi”yə rəhbərlik elədiyi vaxtlarda klub daha uğurlu idi, indi isə yox. Deməli, kluba nəzarətin Abdullayev deyil, Elşad Nəsirov klanında olduğu haqda uzun zaman çoxsaylı iddiaların əsassız olmadığı aydınlaşır. Maliyyənin yoxluğundan şikayətin ünvanı da gedib, hardasa, oralara çıxır. O vaxt "yeyən" onlar idi, indiysə bunlar.
Məlum ki, o klanın bu klandan xoşu gəlmir və.. mübarizə davam edir. 




oxunma sayı: 1077 | Paylaş:




?>