"Beşiktaş" Caner Erkin transferində "İnter"lə razılığa gəlib. Bu haqda "NTV Spor" xəbər yayıb.
Milan təmsilçisi "qara qartallar"ın futbolçu üçün 1 milyon avro əvəzinə 750 min avro ödəməsinə razı olub.
Müdafiəçi keçən mövsümü icarə əsasında "Beşiktaş"da keçirib.