')

Bu gün:


FutbolPress.Az | "Qırmızı şeytanlar"ın "radar"ındakı 3 hücumçu

"Qırmızı şeytanlar"ın "radar"ındakı 3 hücumçu


oxunma sayı: 432 Paylaş:

FutbolPress"Mançester Yunayted" yayda heyətinə bir neçə yeni futboçu transfer etməyi planlaşdırır.

"Daily Mail"in yaydığı məlumatına görə, komanda "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer etməkdə israrlıdır. Bu keçidin iyun ayının sonunadək başa çatacağı gözlənilir. Artıq fransalı futbolçu "mankunyanlar"la maliyyə məsələlərində razılığa gəlib.

Bundan əlavə, "qırmızı şeytanlar"ın "radar"ında daha iki hücumçu var. Söhbət "Torino"nun forvardı Andrea Belotti və "Everton"un əsas qol silahı Romelu Lukakudan gedir. Ancaq onların transferi Qrizmannın keçidi baş tutmayacağı təqdirdə həyata keçiriləcək.


oxunma sayı: 432 | Paylaş:





?>