')

Bu gün:


FutbolPress.Az | "Zirə" səpələnmişlər səbətində!

"Zirə" səpələnmişlər səbətində!


oxunma sayı: 668 Paylaş:

FutbolPressAzərbaycanı Avropa Liqasında təmsil edəcək "Zirə"nin püşkatma zamanı hansı səbətdə yer alacağı dəqiqləşib. Mübarizəyə I təsnifat mərhələsindən başlayacaq və indiyə qədər mövqeyi qeyri-müəyənlərdən olan qəsəbə təmsilçisi səpələnmişlər səbətində qərarlaşacaq.

Buna son olaraq Avropa Liqasına vəsiqə qazanan komandaların reytinqinin aşağı olması səbəb olub. "Zirə"nin aktivində 3.550 xal var ki, bu da səpələnmişlər sırasında sonuncu olmağa imkan verib. Düzdü, komanda daha əvvəl avrokuboklarda çıxış etmədiyi üçün öz xalı yoxdur və 3.550 xal Azərbaycanın ümumi reytinqinin 20 faizi kimi müəyyənləşdirilərək verilib. Ancaq bu da komandaya daha zəif rəqiblərlə qarşılaşmağa kifayətdir. 

"Zirə" ilə yanaşı "İnter" də səpələnmişlər səbətində yer alacaq. Ancaq Ayxan Abbasovun komandasından fərqli olaraq, Zaur Svanadzenin yetirmələri bu səbətin güclülərindəndir. Əvvəlki illərdəki çıxışına görə komandanın aktivində 6.050 xal var.

Təmsilçilərimizin potensial rəqiblərindən isə 39-u bəllidir. Onların arasında Şimali İrlandiya, Uels, Moldova, Şimali İrlandiya kimi ölkələrin təmsilçiləri yer alıb. (Səbətlərin tərkibi və potensial rəqiblər barədə daha ətraflı)


oxunma sayı: 668 | Paylaş:




?>