')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"də "yarpaq tökümü": səbəb maliyyədir? (VİDEO)

"Qəbələ"də "yarpaq tökümü": səbəb maliyyədir? (VİDEO)


oxunma sayı: 577 Paylaş:

FutbolPressPremyer Liqanın son gümüş mükafatçısı, Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ"də vəziyyət o qədər də ürəkaçan deyil.

Artıq ölkə futbolunda 1 aya yaxın fasilənin yaranmasına baxmayaraq, komandanın növbəti mövsüm üçün heyəti ilə bağlı qeyri-müəyəynlik davam edir. Yeni transferlər yoxdur, bir neçə futbolçu ilə isə yollar ayrılıb.

Son olaraq, maliyyə məsələlərində razılıq əldə edilmədiyi üçün Nika Kvekveskiri komandada qalmaqdan imtina etdi. Ona qədər isə Sergey Zenyov, Daniel Subotiç, Rəşad Sadiqov, Teo Uiks kimi keçən mövsüm aparıcı qüvvələrdən olan futbolçular "qırmızı-qaralar"ın heyətindən göndərilmişdi.

"Yarpaq tökümü"nün baş verdiyi "Qəbələ" üçün çıxış yolu nədir? Bu, maliyyə problemindən qaynaqlanır, yoxsa səbəblər başqadır? Gedişat nəyə aparır?

Bu və digər məsələlər "İdman Azərbaycan" telekanalında efirə gedən "İdman və Media" verilişində müzakirə edilib. Rəşad Rafiqoğlunun təqdim etdiyi proqramın qonağı "FutbolPress"in baş redaktoru Elçin Cəlilov olub.



oxunma sayı: 577 | Paylaş:




?>