')

Bu gün:


FutbolPress.Az | Rəsmiləşdi: Premyer Liqada 8 komanda olacaq

Rəsmiləşdi: Premyer Liqada 8 komanda olacaq


oxunma sayı: 214 Paylaş:

FutbolPressBu gün AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla, həmçinin adları aşağıda qeyd olunmuş klub nümayəndələri xüsusi sertifikatlarla təltif olunub:

- Zöhrab Hacıyev (Neftçi PFK) – ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri
- Mənsurə Məmmədova (Kəpəz PFK) - ötən mövsümün ən yaxşı maliyyə meneceri

Lisenizyları UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş "İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", "Sumqayıt” və "Zirə”, Premyer Liqada iştirak üçün isə "Kəpəz” və "Səbail” alıb. Bununla da gələn mövsüm Premyer Liqada 8 komandanın iştirak edəcəyi rəsmiləşib.


oxunma sayı: 214 | Paylaş:




?>