')

Bu gün:


FutbolPress.Az | "Ndlovu başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda oynayır"

"Ndlovu başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda oynayır"


oxunma sayı: 483 Paylaş:

FutbolPressCənubi Afrika Respublikası millisinin baş məşqçisi Stüart Bakster açıqlama verib.

Təcrübəli mütəxəssis yığmanın növbəti oyunlar üçün heyətinə çağırmadığı “Qarabağ”ın hücumçusu Dino Ndlovudan danışıb. O, forvardın komandadan kənarda qalmasını belə izah edib:

“Finlandiya yığmasını çalışdırarkən 4 dəfə Azərbaycan millisi ilə qarşılaşmışıq. Xəbərim var ki, orda çempionatın səviyyəsi aşağı deyil. Ancaq balansı qorumaq lazımdır. Məncə, “ən yaxşı”lara dəvət göndərmişəm. Dino haqqında fikirlərim müsbətdi. O, öz üzərində çalışır və inkişaf edir. Belə davam etsə, yığma komandaya dəvət alacaq. O, mənim diqqətimdədir və “Qarabağ”da çıxışını izləyirəm. Bilirəm ki, işini layiqincə görür və qollar vurur. Amma Ndlovu başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır. Seçimimi vicdanla etmişəm”.


oxunma sayı: 483 | Paylaş:




?>