')

Bu gün:


FutbolPress.Az | Meneceri təsdiqlədi: "Qarabağ" Çitroya təklif göndərib

Meneceri təsdiqlədi: "Qarabağ" Çitroya təklif göndərib


oxunma sayı: 384 Paylaş:

FutbolPressAdı "Qarabağ"la hallanan İtaliyanın Trapani klubunun futbolçusu Nikola Çitronun meneceri Alberto Berqossi açıqlama verib.

"Giornale di Sicilia"ya danışan agent bildirib ki, "Qarabağ"dan, həqiqətən də, təklif gəlib. "Trapani"nin B Seriyasını tərk etməsi isə Çitronun planlarına daxil deyil və böyük ehtimalla o komandanı tərk edəcək:

"Çitroya Azərbaycandan təklif təklif var. Söhbət Çempionlar Liqasının təsfinaf mərhələsində oynayacaq "Qarabağ"dan gedir. Ancaq bizə başqa təkliflər də var. Yanvarda dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubundan böyük maraq var idi. Onların mənə zəng edib Çitronu istəməsi möhtəşəm idi. Nikola bu təklifdən sonra yerində donub qalmışdı. Həmin vaxt, B Seriyasında yaxşı pul qazanırdı. Ancaq indi vəziyyət başqadır. "Trapani" hazırda bu liqanı tərk edib. Belədə yeni variantları düşünmək lazımdır".

Bir neçə gün əvvəl "Tuttomercatoweb" "Qarabağ"ın Çitroya 3 illik və 900 min avroluq müqavilə təklif etdiyini yazmışdı. Klub rəsmiləri açıqlamalarında bu xəbəri təkzib etmişdilər.


oxunma sayı: 384 | Paylaş:




?>