')

Bu gün:


FutbolPress.Az | Prosineçki "Bursaspor" yolunda: Avstriyada danışıq gedir

Prosineçki "Bursaspor" yolunda: Avstriyada danışıq gedir


oxunma sayı: 477 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə bağlı yeni iddia ortaya atılıb. Xorvatiyalı çalışdırıcının adı yenidən Türkiyənin "Bursaspor" klubu ilə hallanıb.

Bildirilib ki, baş məşqçi axtarışlarını davam etdirən Super Liqa təmsilçisi Prosineçki ilə danışıqlarını davam etdirir.

Hazırda Avstriyada Azərbaycan millisi ilə təlim-məşq toplanışında olan 48 yaşlı mütəxəssisin Bursa klubu ilə danışıq apardığı bildirilir. "Bursaspor"un menecerləri də hazırda bu ölkədədilər və Prosineçki ilə razılıq əldə etməyə çalışırlar.

Bu, millinin baş məşqçisi ilə bağlı ilk belə iddia deyil. İlin əvvəlində də onun "Bursaspor"a gedəcəyi deyilsə də, sonra razılıq əldə olunmamışdı. Bundan başqa Prosineçkinin adı "Sevilya" və "Valensiya" ilə də hallanıb.

Xorvatiyalı çalışdırıcının Azərbaycan yığması ilə dekabra qədər müqaviləsi var.


oxunma sayı: 477 | Paylaş:




?>