')

Bu gün:


FutbolPress.Az | Naxçıvan kubokunun püşkü atıldı

Naxçıvan kubokunun püşkü atıldı


oxunma sayı: 252 Paylaş:

FutbolPressBu gün Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə Naxçıvan Kubokuna start veriləcək.

Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək yarışda 4 komanda – “Araz Naxçıvan”, “Mil-Muğan”, “Zaqatala” və MOİK iştirak edəcəklər.

Artıq Naxçıvanda olan komandalar son məşqlərinə çıxıblar. Eyni zamanda, Peşəkar Futbol Liqasının və komanda nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirildi. Bundan əlavə, yarışın əsasnaməsi barədə klublara məlumat verildi. Püşkatmaya əsasən sabah qarşılaşacaq cütlər aşağıdakı kimidir.

26 may
“Araz Naxçıvan” – “Mil-Muğan”, saat 12:00
“Zaqatala” – MOİK, saat 17:00


Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçiriləcək.


oxunma sayı: 252 | Paylaş:




?>