')

Bu gün:


FutbolPress.Az | Şeydayevin komandasının kubokları əlindən alınır?

Şeydayevin komandasının kubokları əlindən alınır?


oxunma sayı: 470 Paylaş:

FutbolPress“Trabzonspor” qazandığı 6 çempionluq kubokunu itirə bilər.

Buna səbəb Trabzon təmsilçisinin menecerə olan borcudur. Komandaya Stefan Mbia, Oceni Onazi və Karl Medcani kimi futbolçuları qazandıran menecer Mazlum Ali Bilecanın vəkilləri klubun ona olan borcu qarşılığında 6 çempionluq kubokunu müsadirə etmək istəyib.

“Trabzonspor”un menecerə 1 milyon 350 min avro dəyərində borcu var. Vəkillərin borcun ödənilməsiylə bağlı klub rəhbərliyinə bir həftə vaxt verdiyi deyilir.

Azərbaycan millisinin üzvü Ramil Şeydayev də müqavilə ilə "Trabzonspor"a məxsusdur. O, hazırda icarə əsasında Slovakiya "Jilina"sında çıxış edir.



oxunma sayı: 470 | Paylaş:




?>