"Zirə" 3 legioneri ilə bağlı qərar verdi
Paylaş:
Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək “Zirə” klubu 3 legioneri ilə yeni müqavilə yeniləyib.
Ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın saxlanılmasına qərar verilib. Həmçinin, müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Krneta, həm də İqbekoyi “qartallar”ın sıralarında ardıcıl 3-cü mövsümünü keçirəcək.
Bundan başqa əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla 3 illik yeni müqavilə imzalanıb.
| Paylaş: