')

Bu gün:


FutbolPress.Az | Ndlovu yenə millidən kənar qaldı

Ndlovu yenə millidən kənar qaldı


oxunma sayı: 334 Paylaş:

FutbolPressİyunun 10-da Nigeriya ilə qarşılaşacaq Cənubi Afrika Respublikasının (CAR) heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi məşqçisi Stüart Bakster 25 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın hücumçusu Dino Ndlovu yer almayıb.

"Qarabağ"ın maraq dairəsində olduğu deyilən "Gənclərbirliyi"nin hücumçusu Tokelo Rantie isə yığmaya çağırılıb.

Ndlovunun CAR millisinin keçmiş məşqçisi Efraim Maşaba ilə münasibətləri qaydasında deyildi. Ancaq yeni çalışdırıcı Avropada çıxış edən bütün futboloçulara şans verəcəyini açıqlamışdı. Bu baxımdan onun Ndlovunu heyətə cəlb etməməsi bir qədər müəmmalı olub.


oxunma sayı: 334 | Paylaş:




?>