')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin 8-ci medalı

"Qəbələ"nin 8-ci medalı


oxunma sayı: 189 Paylaş:

FutbolPressU-19 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

“Qəbələ” XXXIII turun qarşılaşmasında “Şərurspor” üzərində texniki qələbə qazanıb. Rəqib komanda yarışda çıxışını dayandırdığından “qırmızı-qaralar” meydana çıxmadan 3 xal əldə edib – +:- (3:0).

Bu, komandanın mövsümdə 24-cü qələbəsi olub. Hesabında 6 heç-heçə və 3 məğlubiyyət olan “Qəbələ” 78 xalla çempionatı 2-ci pillədə başa vurub. Gümüş medallara yiyələnən komanda yarışda 107 qol vurub, 22-ni buraxıb.

Bu, "Qəbələ" futbol akademiyasın"Qın cari mövsüm liqalarda qazandığı 8-ci mükafat olub. Bunadək U-16, U-15, U-13, U-12, U-11 qızıl, U-14 və U-10 bürünc medallara yiyələnib.


oxunma sayı: 189 | Paylaş:




?>