"Mançester Yunayted" Avropa Liqasının qalibidir!
Paylaş:
Bu gün Avropa Liqasının qalibi müəyyənləşib. Həlledici matçda "Ayaks" və "Mançester Yunayted" üz-üzə gəliblər.
Saat 22:45-də başlayan oyun Stokholmdakı "Friends Arena"da təşkil olunub.
Görüş "qırmızı şeytanlar"ın qələbəsiylə başa çatıb - 2:0. Poqba və Mxitaryanın qolları "Mançester Yunayted"ə tarixində ilk dəfə Avropa Liqası kubokunu qazandırıb.
Avropa Liqası
Final
22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) 0:2
Qol: Poqba, 18, Mxitaryan, 48
Baş hakim: Damir Skomina
Stokholm, "Friends Arena"
| Paylaş: