')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"dan italiyalı hücumçuya 900 minlik təklif

"Qarabağ"dan italiyalı hücumçuya 900 minlik təklif


oxunma sayı: 1010 Paylaş:

FutbolPress"Qarabağ" İtaliya B Seriyasından futbolçu alır.

Bu barədə "Tuttomercatoweb" məlumat yayıb. Bildirilib ki, Ağdam klubu bu ölkənin səviyyəcə ikinci liqasında mübarizə aparan "Trapani"nin oyunçusu Nikola Çitronun xidmətində maraqlıdır.

"Qarabağ"ın futbolçuya 3 illik, ümumilikdə 900 min avro dəyərində təklif irəli sürdüyü iddia edilir.

Ancaq italiyalı forvard qərar verməkdə tələsmir. Yanvar ayında A Seriyasına yaxın olan "Benevento"dan təklif alan oyunçu yenidən bu komandanı gözləyir. Ancaq "Qarabağ"ın şərtləri də hücumçunu qane edir.

Çitro bu mövsüm B Seriyasında 5 qola imza atıb.


oxunma sayı: 1010 | Paylaş:




?>