')

Bu gün:


FutbolPress.Az | Növbəti dəfə Qriqorçuku "Dinamo"ya aparırlar

Növbəti dəfə Qriqorçuku "Dinamo"ya aparırlar


oxunma sayı: 316 Paylaş:

FutbolPress"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı növbəti iddia ortaya atılıb. Bildirilib ki, o, Kiyev "Dinamo"suna gedəcək.

Bu barədə Ukraynanın sportanalytic.com saytı məlumat yayıb. Sayt iddia edir ki, "Dinamo"nun prezidenti İqor Surkis məhz Qriqorçuku komandanın başında görmək istəyir.

Bu, yayılan ilk belə xəbər deyil. Keçən mövsümün gedişində də ukraynalı mütəxəssisin "Dinamo"nun maraq dairəsində olduğu iddia edilmişdi. Yayılan xəbərlər menecerlərin fəaliyyəti kimi qiymətləndirilir.

Qriqorçukun "Qəbələ" ilə müqaviləsi bu yay başa çatır. Bölgə klubu onunla yeni sözləşmə barədə ilkin razılıq əldə edib.


oxunma sayı: 316 | Paylaş:





?>